“Telekom” “Fənərbağça”ya məğlub oldu

Noyabrın 11-də Bakının qadınlardan ibarət “Telekom” voleybol klubu Çempionlar Liqası yarışlarında ikinci oyununu keçirib. Allsport.az xəbər verir ki, İstanbulda Burhan Felek Voleybol Salonunda “Telekom” yerli “Fənərbağça” komandasının qonağı olub.

Avstriyalı baş hakim Harald Socanın idarə etdiyi görüş “Fənərbağça”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Telekom” Bakıda təşkil olunan ilk görüşündə Polşanın “İmpel” komandasına 0:3 hesabı ilə məğlub olmuşdu.

Komandamız növbəti oyununu noyabrın 25-də Almaniyada yerli “Drezdner” komandasına qarşı keçirəcək.

“Telekom”un yer aldığı “E” qrupunda digər oyununda isə “Drezdner” komandası səfərdə “İmpel”ə 3:2 hesabı ilə qalib gəlib.

Həmin kateqoriyadan