“Telekom” uduzsada, liderliyini qorudu

“Telekom”  uduzsada, liderliyini qorudu

Qadın voleybolçularından ibarət “Telekom”  klubu Türkiyənin Bursa şəhərində Çingiz Göllünün xatirəsinə həsr olunan beynəlxalq yarışda növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 4-cü turunda Fransanın “Kann” klubu ilə qarşılaşıb.

Gərgin mübarizədə rəqib tay-brekdə bizi üstələyib – 3:2. Məğlubiyyətə baxmayaraq, “rabitəçilər” 1 xal qazanmaqla, qrupda liderliyini davam etdirrilər.

Buna qədər “Telekom”   Türkiyənin “Bursa Böyükşəhər Bələdiyyəspor”, “Qalatasaray” klublarına qalib gəlib, Polşa “Atom”una uduzub.

Bakılılar oktyabrın 7-də Rusiyanın “Proton Saratov” kollektivi ilə üz-üzə gələcək. Turnirdə ən çox xal toplayan komanda yarışın qalibi elan ediləcək.

Həmin kateqoriyadan