- Baxış sayı: 36
- 17 Mart 2025 15:25
- Baxış sayı: 82
- Mart 16, 2025
- 0
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanan Murad Haqverdiyev Heydər Əliyev adına beynəlxalq hava limanında keçirilən brifində iştirak edib.
Allsport.az xəbər verir ki, 65 kq çəkidə yarışan pəhləvan uğurunu belə şərh edib:
“Yarış çox ağır və gərgin keçdi. Tiranaya çempionluq üçün yollanmışdım, amma qismət olmadı. Əsas odur medalsız qalmadım. İnşallah, qarşıdan gələn yarışlarda daha da güclü hazırlaşıb, Azərbaycan bayrağını daha da yüksəklərdə dalğalandıraram. Üzərimdə əziyyəti olan valideynlərimə, şəxsi məşqçim Faiq Xəlilova və milli komandanın məşqçilərinə minnətdarlığımı bildirirəm. Ötən il çiynimdən ağır əməliyyat olunmuşdum. Yarış qabağı təlim–məşq toplanışlarında çiynimdən yenə zədə aldım. Buna baxmayaraq, çətin də olsa, bu zədə ilə güləşdim. Belə fikirləşirəm ki, məni çempionluqdan məhrum edən elə çiynimin zədəsi oldu”.