““Zirvə Astara” və “Xırdalan” yenidən, daha güclü heyətlə ölkə çempionatında mübarizə apararaq”

Basketbol üzrə ölkə çempionatının son qalibi “Zirvə Astara” və “AAAF Xırdalan” yenidən, daha güclü heyətlə superliqada mübarizə apararaq. Allsport.az saytı xəbər verir ki, bunu Zirvə” beynəlxalq idman klublarının prezidenti Tofiq Heydərov bəyan edib.

Onun sözünə görə, uşaq basketbolunun inkişafı ilə yanaşı, komandaların Avropa liqalarına yüksəlməsi də qarşıya məqsəd qoyulub. Yaxın zamanlarda Bakı, Xırdalan və Lənkəranda beynəlxalq yarışlar keçiriləcək. Basketbol arenalarının inşa edilməsinə start veriləcək. Sitat:

“Hazırda Anqarada fəaliyyət göstərən idman kompleksimizdə 700-dən artıq peşəkar basketbolçu müntəzəm olaraq məşqlər edir. Yaxın zamanlarda Astara, Xırdalan, Lənkəran, Cəlilabad və Bakıda fəaliyyətə başlayan klublarımızda 10 000-dən artıq uşaq basketbolla müntəzəm olaraq cəlb olunacaq”.

Həmin kateqoriyadan