Toğrul Əsgərov qazandığı medalları nümayiş etdirib

Azərbaycanda karyerasını davam etdirənlər arasında ən titullu idmançımız Toğrul Əsgərov yarışlarda qazandığı medalları nümayiş etdirib.

Allsport.az saytı xəbər verir ki, sərbəst güləşçimizin mükafat boxçasında 30-a yaxın “qənimət” var. 26 yaşlı bahadır olimpiya çempionu və gümüş medalşısı, dünya 2-cisi, qitənin ən güclülərinin yarışının və ilk Avropa oyunlarının qalibi, dünya kubokunun bürünc mükafatçısıdər.

O, bundan savayı, bir neçə dəfə ümummilli lider Heydər Əliyevin xatirəsinə Bakıda keçirilən FİLA “Qızıl qran-prisi”sində fəqrlənib, mötəbər beynəlxalq yarışlarda fəxri kürsüyə çıxıb.

Toğrul Əsgərov, həm də yeniyetmələrin dünya və Avropa birinciliklərinin qalib və mükafatçısıdır.

Həmin kateqoriyadan