- Baxış sayı: 39
- 26 Aprel 2024 23:41
- Baxış sayı: 18
- Aprel 28, 2024
- 0
Dünya Güləş Birliyi (DGB) ötən ilin yekunlarına əsasən bu ilin ilk əmsalını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, sərbəst güləşçilərimizdən 15-i siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcəsində ilk onluğa daxil ola bilib.
Rio-2016-nın gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) reytinqdə də 2-ci sırada qərarlaşıblar. Olimpiadanın bürünc medalçıları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) 3-cüdürlər.
Qeyri-olimpiya çəki dərəcəsində dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) da 3-cü yerə yüksəlib. Onluğa daxil olan növbəti bahadırımız Camaləddin Məhəmmədov (125 kq) olub.