Top-10-da 16 bahadırımızın adı var

Dünya Güləş Birliyi cari ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasında yeni əmsalı açıqlayıb. Allsport.az saytı xəbər verir ki, ötən ay komandalarımız heç bir rəsmi yarışda iştirak etmədiyindən, reytinqdə elə ciddi dəyişiklik olmayıb. İlk “onluq”da ümumilikdə 16 bahadırımızın adı var.

Sərbəst güləşçilərin siyahısında Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Toğrul Əsgərov, Cəbrayıl Həsənov və idmançı karyerasını bitirən Xetaq Qazyumovun, qadınlarda Mariya Stadnik, Nataliya Sinişin, Yuliya Ratkeviç, yunan-Romada Rövşən Bayramov, Rəsul Çunayev, Həsən Əliyev, Elvin Mürsəliyev, Rafiq Hüseynov, İslam Abbasov və Sabah Şəriətinin adlarını görmək mümkündür.

Həmin kateqoriyadan