- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 38
- May 11, 2026
- 0

Azərbaycan voleybol federasiyasının (AVF) rəsmiləri Tovuz regional voleybol klubunda (TRVK) olublar.
Allsport.az saytı xəbər verir ki, AVF-nin vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov yeniyetmə və gənc voleybolçularla görüşüblər.
Toplantıda regional klubun rəhbəri Elçin Şabanov, federasiyanın və TRVK-nun digər əməkdaşları da iştirak ediblər.
AVF rəsmiləri Tovuz olimpiya idman kompleksində təşkil olunan məşqləri izləyiblər. Federasiya nümayəndələrinə klubun vəziyyəti və idmançılar üçün yaradılan şərait haqqında məlumat verilib.