“Tovuz” regional voleybol klubunun təqdimatı olub

Allsport.az saytı xəbər verir ki, mərasimdə yeniyetmə və gənc qızlardan ibarət millinin baş məşqçisi Şahin Çatma, əsas seçmənin voleybolçusu Polina Rəhimova, AVF-in nümayəndəsi Məftun Salmanov, “Tovuz” regional voleybol kubunun rəhbəri Hüseyn Əhmədov, idman ictimaiyyətinin nümayəndələri, valideynlər və voleybolçular iştirak ediblər.

Açılış nitqindən sonra, bölgələrdə klubların yaradılmasının, uşaq və yeniyetmələrin buradakı kimi ideal şəraitlə təmin olunmasının vacibliyini xüsusi vurğulanıb. Çıxışlardan sonra klubun ixtiyarına verilən Tovuz olimpiya idman kompleksinin idman zalında Polina Rəhimova ilə voleybolçular arasında görüş keçirilib.

Voleybolda ilk addımlarını atan uşaq və gənclərə öz tövsiyələrini verən milli üzvü onlara hədiyyələr paylayıb, xatirə şəkilləri çəkdirib. 1 ay əvvəl təsis olunan klub, ilk olaraq seleksiya işlərini həyata keçirib. 10 yaşdan yuxarı oğlan və qızların seçimlərindən sonra oğlan və qızlardan ibarət 2 yaş qrupu üzrə komandalar formalaşdırılıb.

Kompleksində həftənin 5 günü məşqlər həyata keçirilir. İdman zalı məşqlərin yüksək səviyyədə keçirilməsi üçün beynəlxalq standartlara cavab verən, son texnologiya – “Terafleks” örtüyü ilə təchiz olunub. Voleybolçular keyfiyətli məşq proqramının həyata keçirilməsi üçün bütün lazımi avadanlıq və inventarlarla təmin olunublar.

Həmin kateqoriyadan