- Baxış sayı: 110
- 13 İyul 2026 18:18
- Baxış sayı: 54
- İyul 15, 2026
- 0

Slovakiya millisinin toppaylayıcısı Barbora Kosekova və serbiyalı hücumçu Marta Drpa növbəti mövsümdə də “Turan” klubunda çıxış edəcəklər. Allsport.az saytı xəbər verir ki, ölkə çempionunun heyətinin qurulmasında ölkəmizin ilk və hələlik yeganə beynəlxalq voleybol meneceri İlqar İmamquliyev rəhbərlik edir.
Tovuz təmsilçisi yarandığı gündən onun təsis etdiyi milli idman geyimi şirkəti “İl’Azero” ilə əməkdaşlıq edir. İtalyanca “Bir Azərbaycanlı” adlanan brendi bir zamanlar Rusiyanın “Yenisey”, İndoneziyanın “Cakarta”, Braziliyanın “Sesi” və Azərbaycanln bir neçə digər qadın voleybol komandaları da geyiniblər.