Turan Bayramov: “Çalışacağam ki, heç vaxt ermənilərə məğlub olmayım”

Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edən gənclərdən ibarət sərbəst güləş millimiz bu gün Vətənə qayıdıb. Allsport.az xəbər verir ki, qitə çempionu olan Turan Bayramov (70 kq) fikrini bölüşüb:

“Belə yüksək nəticənin qazanılmasının səbəbi yaxşı hazırlıq keçməyimizdir. Cəbrayıl müəllimin rəhbərliyi altında 2 aya yaxın təlim-məşq toplanışı keçdik. Gözəl hazırlıq prosesinin nəticəsi olaraq çətinlik çəkmədən Avropa çempionu oldum. Qələbəmin əsas memarı olan şəxsi məşqçim Abil İbrahimova, həmçinin yığma komandanın məşqçilər heyətinə, federasiya rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bu qələbəmi bütün şəhidlərimizə həsr edirəm. 8-ci dəfədir ki, erməni güləşçiyə qalib gəlirəm. Onlarla güləşəndə xüsusi motivasiya olur. Bundan sonra da çalışacağam ki, heç vaxt onlara məğlub olmayım və hər zaman onlar üzərində qələbə qazanım”. 

Həmin kateqoriyadan