- Baxış sayı: 89
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 89
- Sentyabr 24, 2026
- 0

Serbiyanın Novı Sad şəhərində U-17 Avropa çempionatında komanda hesabında 1-ci yeri tutan yunan-Roma güləşçilər vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, mötəbər yarışda 51 kq-da qalib olan Turan Daşdəmirov sevincini bölüşüb:
“Finala qədər çətin görüşlər keçirdim. Ancaq finalda erməni rəqibimə rahat qalib gəldim. Çalışacağam ki, dünya çempionatına da yaxşı hazırlaşıb, həmin yarışda da qızıl medal qazanım”.