“Turan”dan növbəti transfer

“Turan”dan növbəti transfer

“Turan” voleybol klubu Cənubi Koreya milli komandasının hücumçusu Li Cayeonqu transfer edib.

Allsport.az xəbər verir ki, voleybolçu ilə müqavilənin müddəti 2026/2027 mövsümünü əhatə edəcək.

O, karyerası ərzində ölkəsində “Heunqkuk Pink Spiders” (2014-2021) və Yaponiyanın “Victorina Himeji” (2025/2026) klublarında çıxış edib.

Voleybolçu 2015-2019-cu illərdə ardıcıl 4 mövsüm Koreya V liqasında ən çox xal toplayan və ən məhsuldar hücumçu olub.

Həmin kateqoriyadan