Türk dünyasını şərəfləndirənlər: Bir çəkidə fəxri kürsüdə – Səlcuq Can, Ülvi Qənizadə və Pərviz Nəsibov!

Rumıniyanın paytaxtı Buxarestdə qitə çempionatında yunan-Roma güləşçilərin çıxışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, millimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal ilə 142 xalla ardıcıl 2-ci dəfə komanda hesabında 2-ci yer tutub.

Yarışda diqqət çəkən xeyli məqam olub. Ən önəmlisi – Azərbaycan tağımı ilk dəfə bu növdə 3 dəfə zirvəyə yüksəlib, cəmdə 10 çəkidən yarısında final həyacanı yaşayıb. 72 kq-da fəxri kürsədə yer alanlar türk dünyasını fərəhləndiriblər:

1-ci yer türkiyəli Səlcuq Can, 2-ci sıra azərbaycanlı Ülvi Qənizadə və 3-cü cərgə ukraynalı həmyerlimiz Pərviz Nəsibov!

Həmin kateqoriyadan