Türk bahadırdan nümunəvi hərəkət

Xorvatiyanın paytaxtı Zaqrebdə yunan-Roma güləş növü üzrə Avropa çempionatı 130 kq-da final qarşılaşması keçirilib.

Allsport.az xəbər verir ki, güləşçimiz Sabah Şəriəti türk pəhlavan Rza Qayaalpla üz-üzə gəlib. Təmsilçimiz 1:2 məğlub olaraq, Avropa çempionatında gümüş medalla kifayətlənib.

Həlledici görüşdən sonra Türkiyə ilə yanaşı, Azərbaycan bayrağıyla şərəf dövrəsi vurmaq istəyən pəhləvan birlik nümayiş etdirib.

O, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa oyunlarında da belə gözəl jest etmişdi.

Eyni zamanda, Rza 12-ci dəfə Avropa çempionu olmaqla Aleksandr Karelinin 23 illik rekordunu təkrarlayıb.

Şəkil 2015-ci ildəki Avropa oyunlarındandır.

Həmin kateqoriyadan