Türkan Nəsirova: Ümidlərim böyükdür, Vətənə medalla qayıtmaq istəyirəm

“Çalışacağam ki, Azərbaycanı mötəbər yarışda layiqincə təmsil edim”. Allsport.az saytı xəbər verir ki, bunu hərbçilərin 32-ci dünya çempionatında ölkəmizi təmsil edən Türkan Nəsirova (48 kq) deyib. Dünya və Avropa birinciliklərinin mükafatçısı AzərTAc-a açıqlamasında qələbəyə ümidli olduğunu deyib:

“Komanda yoldaşlarım kimi, mən də yarışa yaxşı hazırlaşmışam. İlk dəfədir hərbçilərin dünya çempionatına qatılıram. Ümidlərim böyükdür və Vətənə medalla qayıtmaq istəyirəm. Əsas məqsədim dünya çempionatında medal qazanmaq, Azərbaycanın dövlət himnini səsləndirmək və bayrağımızı yüksəltməkdir. Komanda yoldaşlarıma uğurlar diləyirəm”.

Həmin kateqoriyadan