“Türkiyə güləş federasiyası olaraq, hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq”

Sərbəst güləş yığmamız fərdi dünya kubokuna Türkiyədə hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandamız Anqarada “Almadağ” təlim-məşq bazasında qalır. Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə plana uyğun şəkildə çalışmalar sürür.
Yeri gəlmişkən, Türkiyə güləş federasiyasının vitse-prezidenti Zəki Gül bazada komandamızla görüşüb. O, çıxış edərək hər 2 ölkənin güləşçilərinə uğurlar arzulayıb:

“Olimpiadalarda, Avropa və dünya çempionatlarında şahid oldum ki, azərbaycanlı güləşçilər türkiyəli idmançıların uğurlarına öz qələbələri kimi sevinir. Biz də Azərbaycanın hər idmançısının uğuruyla qürur duyuruq. Türkiyə güləş federasiyası olaraq, hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq.

Bu birlik bundan sonra daha da güclənəcək. Bildiyiniz kimi, dünya çempionatı ləğv olundu. Təlim-məşq toplanışı 12-18 dekabrda Serbiyada şəxsi dünya kubokuna hazırlıq xarakteri daşıyır. Həm bu yarışda, həm də olimpiadada Türkiyə və Azərbaycan idmançılarına uğurlar arzulayıram”. 

Həmin kateqoriyadan