Türkiyə klubu 2-ci dəfə “Ginnesin rekordlar kitabı”na düşüb

34 il öncə yaradılan “Vəqfbank” qadın voleybol klubu növbəti dəfə “Ginnesin rekordlar kitabı”na düşüb.

Allsport.az saytı xəbər verir ki, ”üst-üstə ən çox rəsmi matç qazanan voleybol komandası” adına yetişən İstanbul təmsilçisi, bu dəfə dünya çempionatında “ən çox qazanan komanda” sayılıb. 

Türkiyəlilər adı son çəkilən yarışda 2013-cü, 2017-ci və 2018-ci illərdə məğlub olmadan qızıl medal qazanıb. “Sarılar” ilk dəfə 2014-cü ildə ardıcıl 74 oyunda sevinərək tarizə düşmüşdü.

Həmin kateqoriyadan