Türkiyə millisinin 2 voleybolçusu zəlzələdə həlak olub

Türkiyənin kişi voleybol millisinin 2 üzvü zəlzələ nəticəsində dünyasını dəyişib.

Allsport.az saytı xəbər verir ki, Malatyanın “Qırçuval” mehmanxanasının dağıntıları altında qalan Məhməd Can AğırbaşƏmincan Qocabaş bu şəhərin bələdiyyə klubunda çıxış edirdilər. Hər ikisinin 25 yaşı vardı.

Adı ilk çəkilən idmançı 9 il “Qalatasaray”ın uğurları üçün çalışıb. Voleybolçular 2013-cü ildə İslam həmrəyliyi oyunlarında Türkiyə seçməsi ilə müklafatçılar sırasında olublar.

Həmin kateqoriyadan