Türkiyə millsi qitə çempionu oldu!

Türkiyə millsi qitə çempionu oldu!

Qadın voleybolçuların Avropa çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə final oyununda Türkiyə və Serbiya milliləri qarşılaşıblar.

Gərgin keçən matçın taleyi 5 setdə həll olunub. Oyunun gedişində 2 dəfə hesabda geri düşən “ay-ulduzlular”, yekunda tay-brekdə qalib gəlib – 3:2 (25:27, 25:21, 22:25, 25:22, 15:13).

Bununla da Türkiyə yığması tarixində ilk dəfə Avropa çempionu adını qazanıb. 2003 və 2019-cu illərdə finalda uduzan qardaş ölkənin komandası, bu dəfə sevinə bilib.

Həmin kateqoriyadan