Türkiyəli mütəxəssis Bakıda 50 voleybolçu seçdi

Azərbaycan voleybol federasiyası (AVF) yeniyetmə və gənclər arasında voleybolun inkişafı istiqamətində işləri davam etdirir.

Allsport.az xəbər verir ki, AVF bu məqsədlə ilk dəfə Bakıda seçim günü keçirib.

Federasiyanın idman zalında baş tutan seleksiya 3 gün davam edib. Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri, türkiyəli Şahin Çatma tərəfindən aparılan seçimlərə 50-ə yaxın 2011-2013-cü il təvəllüdlü qız qatılıb. Burada fərqlənən, eləcə də əvvəlcədən müəyyən edilmiş kriteriyalara uyğun gələn istedadlı uşaqlar qeydiyyata alınıblar.

Seçilmiş uşaqlar gələcəkdə AVF tərəfindən keçirilən müvafiq məşqlərə cəlb olunacaqlar.

Qeyd edək ki, seçim günləri bundan sonra da müxtəlif yaş qrupları üçün mütəmadi keçiriləcək.

Həmin kateqoriyadan