Türkiyəli voleybolçu: “Bu şəkildə davam etmək niyyətindəyik”

Qadın voleybolçuların yüksək liqasının 3-cü turunda “Azərreyl” şərti ev sahibi olaraq “Murov Az Terminal”a 3:0 qalib gəldi. Görüşdən sonra “dəmiryolçular”ın 4-cü mövqe oyunçusu Fatma Dəmir qələbə sevincini allsport.az saytı ilə bölüşdü:

“Rəqib güclü komanda sayılır. Amma oyun zamanı çətinlik çəkmədik. Hər halda, bəsid bir qələbə də saymaq olmaz. Son setdə konsentrasiya əskikliyi yaşadıq. 2:0-dan sonra arxayınlaşmışdıq. Lakin son anda toparlandıq.

Liqada 2 qələbəmiz var, bu şəkildə davam etmək niyyətindəyik. Bu mövsüm də hədəfimiz çempionluqdur. Təəssüf ki, avrokubokda eyni məqsədə çata bilmədik. Ancaq qarşıdakı ildə yenidən cəhd edəcəyik”.

Həmin kateqoriyadan