Türkiyəli voleybolçu sərxoş halda kütləvi dava saldı

“Lokomotiv Kalininqrad”ın hücumçusu Əbrard Qarakürd İstanbul gecə klubunda dava salıb.

Allsport.az xəbər verir ki, türkiyəli voleybolçu sərxoş halda səhnəyə çıxıb və ifaçıdan mikrofonu götürərək mahnı ifa etməyə başlayıb. Qızlar arasında dava düşüb, lakin mühafizəçilər dərhal işə qarışaraq Qarakürdu oradan çıxarıblar.

Karakurt 2023/24 mövsümünün əvvəlindən “Lokomotiv”də çıxış edir. Hazırkı qadınlar super liqasında 24 yaşlı idmançı 442 xalla bombardirlər siyahısındadır.

Həmin kateqoriyadan