- Baxış sayı: 27
- 10 Avqust 2026 21:53
- Baxış sayı: 79
- Avqust 10, 2026
- 0

Bu gün Azərbaycan basketbol liqasında (ABL) 10-cu tura start verilib.
Allsport.az xəbər verir ki, Bakı idman sarayında baş tutmuş turun açılış oyununda “Naxçıvan” 80-75 hesabı ilə “A” qrupunun lideri “Sabah” üzərində sürpriz qələbə qazanıb. Oyunun ən dəyərli basketbolçusu 31 xal və 4 ribaundla Cermeyn Merrou (“Naxçıvan”) seçilib.
Turun növbəti oyunları (“Abşeron”-“Neftçi”, “Sərhədçi”-NTD, “Lənkəran”-“Şəki”,”Ordu”-“Quba”, “Gəncə”-“Sumqayıt”) 9-12 yanvarda keçiriləcək.