Sərbəst güləşçilərdən U-15 Avropa çempionatında yeni rekord!

Allsport.az xəbər verir ki, Macarıstanın Kaposvar şəhərində U-15 Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub. 3 gümüş və 6 bürünc medal qazanan millimiz, komanda hesabında yalnız Gürcüstandan (155) geri qalıb. Seçməmiz 145 xal toplayıb. Bu da yarış tarixində sərbəst güləş millimizin yeni rekordudur.

Məşqçilər Namiq Quliyev, Elşad AllahverdiyevXaqan Süleymanovun rəhbərliyi ilə Hüseyn İsmayılov (52 kq), İsa Yusibov (57 kq), Amin Nəsibov (85 kq) 2-ci, Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağasızadə (52 kq), Nihad Abasov (62 kq) və Rəşad Veysəlov (68 kq) 3-cü olublar.

Bu yaş dərəcəsində qitə birinciliyi hər növdə keçirilmir. Dünya güləş birliyinin məqsədi saxtakarlığın qarşısını almaqdır. Bu işə dəstək verən yerli federasiyalardan biri də AGF-dir. Ölkəmizdə 15 yaşlılar arasında ölkə birinciliyi təşkil olunur.

Yeni rəhbərlik güclü U-15 millisinin formalaşması üçün zəruri addımlar atır. Gələn ildən Azərbaycanda müxtəlif yaş dərəcələri üzrə beynəlxalq yarışlar keçiriləcək. Bu sınaqlar istedadlı idmançıların püxtələşməsi və yarış təcrübəsini artırmaq baxımından faydalı olacaq.

Həmin kateqoriyadan