- Baxış sayı: 46
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 82
- Sentyabr 25, 2026
- 0

Oğlan basketbolçulardan ibarət Azərbaycan yığmaları (U-16, U-18) təlim-məşq toplanışını Bakıda davam etdirirlər.
Allsport.az xəbər verir ki, Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi U-16, Anar Sarıyev və Fərid Əmirovun məşqçiləri olduğu U-18 millilərimiz taktiki və texniki məşqlərlə yanaşı, yoxlama oyunlarında da komandalarının gücünü sınaqdan keçirirlər.
Bu gün texniki universitetin idman zalında baş tutan qarşılaşmada U-16 komandamız 65:58 hesabı ilə qələbə qazanıb.
Yeniyetmələrimizin hazırlıq prosesindəki əsas məqsədi, müvafiq olaraq 9-14 iyul Albaniyanın paytaxtı Tirana və 23-28 iyul Albaniyanın Elbasan şəhərlərində keçiriləcək Avropa çempionatı “C” divizionunun oyunlarına hazırlıqdır.