- Baxış sayı: 57
- 09 Fevral 2025 23:46
- Baxış sayı: 120
- Fevral 09, 2025
- 0
Polşanın Bıdqoş şəhərində U-23 dünya çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, bu yarışda milli komandalarımız 5 bürünc medal qazanıblar.
İlk 2 yarış günündə yunan-Roma güləşçilərimizdən Sakit Cəlilov (59 kq) və İslam Abbasov (85 kq) bürünc mükafata yetişiblər. Nəsir Həsənov (75 kq) 5-ci olub.
Qadınlarda Türkan Nəsirova (58 kq) və Tatyana Omelçenko (60 kq) fəxri kürsünün 3-cü pilləsinə çıxıblar. Alyona Kolesnik (58 kq) 5-ci yeri tutub.
Sərbəst güləşçilərin qazancı isə 1 bürünc medal olub. 57 kq-da Pərviz İbrahimov fərqlənib. Görüşlərin idarə edilməsində ölkəmizi 1-ci dərəcəli beynəlxalq hakim Qərib Əliyev təmsil edib.