U-23 güləş millimizin Avropa çempionatında iştirak edəcək heyəti müəyyənləşib

Martın 28-də Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürəcək. Allsport.az saytı xəbər verir ki, yarışda 19-23 yaş arası bahadırlar mübarizə aparacaqlar.

Xalça üzərinə öncə sərbəst güləşçilər çıxacaqlar. Yığma komandanın böyük məşqçisi Zəlimxan Hüseynovun və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), İsmayıl Abdullayev (74 kq), Kənan Əliyev (86 kq), Pərviz Axundov (97 kq) və Ömər İsrailov (125 kq) ölkəmizi təmsil edəcəklər.

Böyük məşqçi Aslan Ağayevin və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə turnirdə 7 xanım qız güləşçimiz iştirak edəcək. Bunlar Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolovadır (69 kq).

Avropa çempionatının sonuncu iki günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Şaban Donatın və məşqçi Zöhrab Abbasovun rəhbərliyi ilə Murad Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), İslambek Dadov (71 kq), Ruhin Mikayılov (75 kq), Elton Vəzirzadə (80 kq), Arif Niftullayev (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (125 kq) çıxış edəcəklər.

Aprelin 2-dək keçiriləcək çempionatda görüşlərin idarə olunmasında Azərbaycanı 1-ci dərəcəli beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.

Həmin kateqoriyadan