“İdmanda uğur əldə etmək üçün intellekt də önəmlidir”

Bu gün basketbol federasiyasının yeni loqosunun və milli komandanın geyimlərinin təqdimatı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən federasiya prezidenti Emin Əmrullayev, təhsil sistemi ilə basketbolun vəhdətinin təşkili üçün çalışdıqlarını bildirib:

“Basketbol idman növünə maraq böyükdür, amma uşaqlar arasında kütləviliyinin təmin olunması üçün məqsədyönlü işlərin görülməsi vacibdir. Bununla yanaşı, gənc idmançıların həm idmanla məşğul olması, eyni zamanda təhsilə diqqət etmələri üçün işlər görülməlidir.

İdmanda uğur əldə etmək üçün intellekt də önəmlidir. Təhsil nazirliyi olaraq məktəblərdə basketbolun inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Uşaq basketbolu üzrə dünyanın tanınmış mütəxəssislərini də cəlb etmək və onlarla uzunmüddətli əməkdaşlıq etməyi düşünürük”.

Həmin kateqoriyadan