- Baxış sayı: 40
- 08 İyul 2026 23:01
- Baxış sayı: 295
- İyul 08, 2026
- 0

Bu il Azərbaycanda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının kubokunun təqdimatı olub. Allsport.az saytı xəbər verir ki, bununla bağlı mətbuat konfransında millinin baş məşqçisi Faiq Qarayev açıqlama verib:
“Tarixlə yaşamaq olmur. Voleybolçularımız bunu çox yaxşı başa düşürlər. Uğurlu çıxış etsək, Azərbaycan voleybolunda dirçəliş olacaq. Məşqçilər heyəti olaraq qızların psixoloji, taktiki və fiziki hazırlığını yüksək səviyyəyə çatdırmalıyıq. Komanda qarşıda ciddi oyunların olduğunu yaxşı dərk edir.
Hazırlıqlar davam edir, Polina Rəhimova da artıq komandaya qoşulub. İdmanda komanda ruhu çox önəmlidir. Məşqlər bundan sonra daha ağır və sərt keçəcək, ona görə də voleybolçular özlərini buna hazırlamalıdırlar
Əsas məqsədimiz qrupdan yaxşı nəticə ilə çıxmaqdır. Komandamız daha əvvəl güclü rəqiblərlə yaxşı oyun nümayiş etdirib, hazırkı oyunçuların kifayət qədər təcrübəsi var”.