Ukrayna azərbaycanlıları radasında olimpiya mükafatçısı ilə görüş

Tokio-2020-də yunan-Roma güləşində 67 kq-da Ukrayana gümüş medal qazandıran Pərviz Nəsibov, ölkəsində görüşlərini davam etdirir. Allsport.az saytı xəbər ki, o bu dəfə digər həmyerlimiz, Oleq Krapivinin qonağı olub. 22 yaşlı idmançı toplantı ilə bağlı təəssuratını paylaşıb:

“Bu gün Oleq Andreyeviçə baş çəkdim. Verdiyi töhfəyə və dəstəyə görə ona təşəkkür edirəm! Ukrayna azərbaycanlıları konqresinin rəhbəri və Ukrayna azərbaycanlıları radasının həmtəsisçisi olaraq, mənə hər cür dəstək verir və Ukraynada azərbaycanlı gənclərin inkişafına kömək edir!”

Pərviz Paşa oğlu Nəsibov 1998-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində doğulub. 6 yaşına qədər doğma kəndində yaşayıb və burada idmanda ilk addımlarını atıb.

Muğanlı kəndində 1 il sərbəst güləş bölməsinə qatılıb. Ancaq 2004-cü ildə atası Ukraynanın Nikolayevə şəhərinə köçüb və ailəsini də özü ilə aparıb. Nikolayevdə Pərviz güləşmə məşğul olmağı davam etdirib, lakin burada o, yunan-Roma üslubunu seçib.

Həmin kateqoriyadan