“Ümid edirəm ki, akrobatlarımız bunun öhdəsindən gələcəklər”

Bakıda akrobatika üzrə dünya yaş qruplarına və dünya çempionatına hazırlıq tam sürətlə davam edir. Allsport.az saytı xəbər verir ki, bunu millinin baş məşqçisi İradə Qurbanova deyib. Onun sözünə görə, Yarışlara hazırlıq gücləndirilmiş rejimdə davam etdirilir:

“Məşqlər gündə iki dəfə keçirilir və idmançılar üçün gözəl şərait yaradılıb. Yarışlarda müxtəlif ölkələrdən güclü gimnastlar çıxış edəcəklər. Buna görə də bizi gərgin idman mübarizəsi gözləyir.

Bu gün birincilikdəki yarışları izləyərkən müşahidə etdim ki, böyük gimnastlar psixoloji cəhətdən çempionata hazırdırlar. Bu, əsas komandadır. İdmançıların yarış təcrübəsi var və ümid edirəm ki, onlar bunun öhdəsindən gələcəklər”.

Akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları martın 3-6-da, dünya çempionatı isə martın 10-13-də keçiriləcək.

Həmin kateqoriyadan