“Murov”un liberosu: “Ümid edirəm ki, gələn görüşlərdə daha yaxşı komanda oyunu göstərəcəyik”

Bu gün AVF-in idman zalında qadın voleybolçuların super liqasında 4-cü dövrə başladı. 10-cu turda “Murov” Famil Ağayevin rəhbərlik etdiyi “Azərreyl”in müqavimətini qıra bilmədi. Komandanın liberosu Sənubər Ələsgərova, allsport.az saytına açıqlamasında, yenilgini bununla əlaqələndirib:

“Öz komandamızda olan səhvlər və oyunçularımızın bəzilərinin zədələrinin olması, bu görüşü uduzmağımıza gətirib çıxardı. Hər şey öndədir. İndi irəli baxıb, ölkə çempionatının bürünc medalları uğurunda mübarizəni davam etdirəcəyik. Ümid edirəm ki, gələn görüşlərdə daha yaxşı komanda oyunu göstərəcəyik”.

Həmin kateqoriyadan