UNEC-in voleybolçusu: İnanıram ki, bu qələbə bizə əlavə güc və motivasiya verəcək

 Qadın voleybolçuların super liqasında təxirə salınan 2-ci turun oyununda UNEC klubu “Murov”a 361 qalib gələrək, rəqibi yarış cədvəlində aşağı pilləyə yuvarlatdı. Qalib komanda diaqonal oyunçusu Ülkər Kərimova (şəkildə sağda) qələbə təəssüratını allsport.az saytına bölüşüb:

“İlk qələbədən sonra özümü əla hiss edirəm. Oyunun uzatmaya da bilərdik. Bu o deməkdir ki, daha dəqiq, təmiz və səhvlərimizi azaltsaq, bundan da yaxşı oyun göstərə bilərik.

Mübarizə davam edir. İnanıram ki, bu qələbə irəlidəki oyunlarımızda bizə əlavə güc və motivasiya verəcək. Bizdə komanda şəklində bütün enerji və gücümüzü ortaya qoyub, bu çempionatda növbəti qələbələri qazanacagıq”.

Həmin kateqoriyadan