“Ustadla görüş” idman layihəsində Anar Hacıyevlə görüş

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında “Ustadla görüş” idman layihəsi çərçivəsində tanınmış idmançı, basketbol üzrə 1-ci İslam həmrəylik oyunlarının qalibi, 5-qat Azərbaycan superliqasının və Avropa çempionatının “C” divisionun qalibi, 3×3 millinin üzvü, məşqçi Anar Hacıyevlə görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, tədbirdə “İdmanın oyun növləri” kafedrasının ixtisasçılarından ibarət tələbə və professor-müəllim heyəti iştirak edib. Anar Hacıyev görüş zamanı öz nailiyyətlərindən, idman karyerasından və uğur yolundan bəhs edib. O, tələbələrə hər zaman məqsədli olmaq və çətinliklər zamanı ruhdan düşməməyi məsləhət görüb.

Həmin kateqoriyadan