UWW-dən müjdə: Neçə güləş referimizin dərəcəsi qalxdı?

Birləşmiş Güləş Dünyası dərəcələri artan hakimlərin adlarını açıqlayıb. Allsport.az saytının məlumatına görə, UWW-un siyahısında xeyli Azərbaycan referisinin də adına rast gəlmək olar. Sevindiricir ki, yüksək kateqoriya alan və öz mövqeyində qalan ədalət təmsilçiləri arasında 4 hakimimiz var.

Beynəlxalq təşkilatın yeni islahatlarından sonra olimpiya kateqoriyası «S»-lə əvəzlənib. Bu siyahıya bizdən Hicran Şərifov və İntiqam Əliyev düşüblər. Adı ilk çəkilən referi əvvəl də ən yüksək kateqoiryaya sahib idi və 2 dəfə Olimpiya oyunlarında iştirak edib. Gənc hakimimiz isə, bir pillə yüksəlib.

AGF-in Hakimlər Kollegiyasının keçmiş sədri, hazırkı baş katib Əjdər Cəfərov bu işindən birdəfəlik kənarlaşıb. London Olimpiadasının referisi indi yalnız fəxri status daşıyır.

UWW-un imtahanıdan üzü ağ çıxan digər istedadlı fit sahibi Asif Şirəliyevdir. O, ötən ilin iyununda Polşada keçirilmiş gənclərin Avropa birinciliyinin gedişində sınaqdan uğurlu çıxıb. 34 yaşlı referi 1-ci dərəcə alıb. Uzun illərin təcrübəli ədalət təmsilçisi Qərib Əliyevin bu saylı kateqoriyasında yüksəliş olmayıb.

Digərlərinə gəldikdə, Vaqif Zeynallı, Natiq Hacıyev və Sədi Quliyevin 2-ci dərəcədə olmaları təsdiqlənib. 60 yaşı ötən Xanmirzə Məlikəliyev hakimlik karyerasını bitirib. Yeni siyazıda Hüseynağa Əhmədovun statusu 1 pillə aşağı enib.

Elman İsmayılov, Kamran Əliyev, Babək Allahverdiyev, Rövşən Azadov, Murad Əliyev, Tural Əliyev, Zakir N. Məmmədov, Abdul Nuriyev, Vüqar Şükürov, Ceyhun Salmanov və Zaur Şərifov 3-cü kateqoriyalarında qalıblar.

Milli dərəcəli hakim Elgün Məmmədov cari mövsümdən bu siyahıya əlavə olunub.
Cavanşir Qurbanov, İlqar Ömərov, Namiq Dünyamalıyev və Tələt Əliyevin UWW katiblikləri təsdiqlənib.

Həmin kateqoriyadan