UWW: Hacı Əliyev yarımyüngül çəkidə mövsümü reytinqdə 1-ci bitirə bilər

Dünya Güləş Birliyi ABŞ-ın Las Veqas şəhərində keçirilmiş dünya çempionatında məşhur pəhləvanların çıxışlarına toxunub. Allsport.az saytının məlumatına görə, UWW, 2-qat dünya çempionu Hacı Əliyevin (61 kq) cari mövsümü reytinqdə ilk pillədə bitirmək prespektivindən yazıb.

Ali qurum təşkilat rəsmi saytında deyir ki, gənc bahadırımız 65 kq-da mübarizə apararkən, ilin əvvəlində qarışıq nəticələrdən sonra sıralamada birdən-birə 13-cü yerə düşmüşdü.

Beynəlxalq Güləş Federasiyası Məhəmməd Xatiyevdən (86 kq) də söz açıb. Unitedworldwrestling.org yazır ki, 23 yaşlıların Avropa çempionatının gümüş mükafatçısı dünya çempionatında 5-ci olmaqla, Rio-2016-ya yollanmaq imkanı qazanıb.

Həmin kateqoriyadan