“UWW maarifləndirici testdir keçirir, mən də yerli hakimləri təlimatlandırıram”

Koronavirusla bağlı ölkəmizdə kartantin rejimi davam edir. Belə bir şəraitdə ictimayi təşkilatlar da işlərini internet üzərindən qururlar. Tokio-2020 yay olimpiya oyunlarına yollanmağa namizəd güləş hakimi Asif Şirəliyev maraqlı təkliflə çıxış edib: o, Vatsapda qrup yaradaraq, milli dərəcəli referiləri təlimatlandırmaqla məşğuldur. Allsport.az saytına açıqlamasında İ-S kateqoriyalı hakim bunu deyib:

“Dünya güləş birliyi İsveçrədəki baş ofisində referilər briqadası ictimaiyyətlə əlaqələr şöbəsi ilə birgə cox əyləncəli və inkişaf etdirici onlayn test yoxlama oyunu hazirlayib. Bu, həm hakimlər, həm də azarkeşlər üçün güləş qaydalarında öz bilik səviyyələrini yoxlamaq ücun boyuk bir fürsətdir.

Virtual oyun yarışlardan götürülmüş 20 hərəkətdən ibarət video roliklərdir. Burada fanatlar özlərini hakim kimi təsəvvür edərək, hərəkətləri qiymətləndirib xallar qazanacaqlar. UWW prezidenti Nenad Laloviç bu onlayn oyuna munasibətində deyib ki, çətin və asan suallardan ibarət olan bu oyun pandemiya dövründə bizim güləş ailəmiz üçün əsl əyləncəli və maarifləndirici testdir.

Bu oyun ilk min iştirakçı üçün açilacaq. Hər həftə təzələnən bu oyunları qurumun rəsmi internet saytından və sosial media hesablarından görmək olacaq. Biz də, tövsiyyələrə uyğun işimizi qurmuşuq, boş dayanmırıq, inkişaf üçün daim axtarışdayıq”.

Həmin kateqoriyadan