Üzgüçülük idman növü üzrə açıq ölkə çempionatı

Aprel ayının 24-27 tarixlərində üzgüçülük idman növü üzrə açıq Azərbaycan çempionatı start götürəcək.

Allsport.az xəbər verir ki, yarışlarda 3-cu idman dərəcəsi olan idmançılar iştirak edəcək. Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50,100, 200 metr məsafələrdə arxası üstə, brass və batterfley üsullarda üzəcəklər.

Birincilikdə Bakı və Sumqayıtdan 20-a yaxın müxtəlif klubun və idman cəmiyyətlərinin idmançıları güclərini sınayacaqlar. Bundan başqa ölkəmizin digər şəhər və rayonlarından da üzgüçülərin turnirə qatılacaqları nəzərdə tutulur. Gəncə,Quba, Şəki, Mingəçevir şəhərlərinin hər birindən 4-5 idmançının Azərbaycan çempionatında iştirakı artıq təsdiqlənib. Yarışın sonunda qaliblər diplomlarla təltif olunacaqlar.

Həmin kateqoriyadan