Üzgüçülük üzrə açıq qış birinciliyi

9-12 noyabrda Bakı su idmanı sarayında üzgüçülük üzrə Azərbaycan açıq qış birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda paytaxt və bölgələrdən ümumilikdə 15 klubun 150-dək idmançısı mübarizə aparıb.

4 gün davam edən yarışlarda ilk dəfə təsnifat və final üzmələri tətbiq edilib. 50 m, 100 m, 200 m, 400 m, 1500 m sərbəst üsulla oğlanlar və qızlar, 50 m, 100 m və 200 m arxası üstə, 50 m, 100 m və 200 brass, 50 m, 100 m, 200 m batterflay üsulunda çıxış ediblər.

Həmin kateqoriyadan