- Baxış sayı: 40
- 11 May 2026 21:35
- Baxış sayı: 86
- May 11, 2026
- 0

İstanbulda Vəhbi Əmrə və Həmid Qaplanın xatirəsinə yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günü millimiz 2 medal qazanıb. İslam Abbasov (85 kq) yalnız finalda yenilib. Bürünc mükafatı Həsən Əliyev (75 kq) qazanıb.
Dünən Murad Məmmədov (59 kq) 3-cü yerə çıxmışdı. Komanda hesabında Türkiyə 1-ci, Gürcüstan 2-ci, Azərbaycan yığması 3-cü pilləni tutub.