- Baxış sayı: 21
- 28 Mart 2024 12:00
- Baxış sayı: 150
- Mart 27, 2024
- 0
Qadın voleybolçulardan ibarət millinin mərkəz hucumçusu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş” klubu Macarıstantan kubokunda 3-cü yer uğrunda görüşdə “Yasbarenyi”ni üstələyib – 3:0 (25:23, 25: 22, 25: 17).
Allsport.az saytı xəbər verir ki, komanda rəhbərliyi ümidləri doğruldan azərbaycanlı oyunçu ilə anlaşmanı gələn mövsümədək uzadıb. Həmyerlimiz vasasvolleyball.hu-ya verdiyi açıqlamada, mükafat qazandıqları üçün sevindiyini deyib:
“Öz çıxışımdan razıyam. Hər məşqdə daha yaxşı olmağa çalışıram. Bizi ölkə çempionatında vacin oyunlar gözləyir. Amma inanırıq ki, həmin görüşləri qalib gəlib yekunda qızıl medallara yiyələnəcəyik”.
Qeyd edək ki, “mələklər” 41 xalla “A” qrupunda öncüllüyünü qoruyur.