- Baxış sayı: 46
- 08 İyul 2026 23:01
- Baxış sayı: 343
- İyul 08, 2026
- 0

Venesuela voleybol millisinin kapitanı Vilner Rivas faciəvi şəkildə həyatını itirib.
Allsport.az xəbər verir ki, rivas Venesuelada iyunun sonunda baş verən güclü zəlzələlər nəticəsində həlak olub.
Voleybolçunun ölümü iyulun 5-də təsdiqlənib. Hadisə zamanı onun həyat yoldaşı və oğlu da dünyasını dəyişib.
Rivas 2025-ci ildə karyerasının ən uğurlu dövrlərindən birini keçirib. O, Meksikada keçirilən Panamerika kubokunun qalibi olan Venesuela millisinin kapitanı olub və turnirin ən dəyərli oyunçusu seçilib.
Voleybolçu həmçinin Braziliyada təşkil olunan kişilər arasında ilk Amerika kubokunda ölkəsinə bürünc medal qazandırıb və turnirin rəmzi komandasına daxil edilib.