Həlledici görüşlər nə vaxt olacaq?

Aprelin 20-də kişi voleybolçular arasında Azərbaycan çempionatının final mərhələsində 3-cü oyunlar keçiriləcək.

Allsport.az xəbər verir ki, bu oyunların nəticəsindən asılı olaraq (“Murov” və “Neftçi” komandaları qalib gəldiyi halda) matçdan dərhal sonra Azərbaycan çempionatı yüksək liqa (qadınlar və kişilər) yarışlarının qaliblərinin mükafatlandırma və çempionatın bağlanış mərasimi təşkil olunacaq.

Oyunlar və bağlanış mərasimi voleybol mərkəzində keçiriləcək.

Azərbaycan çempionatı
Yüksək liqa (kişilər)
20 aprel
Üçüncü yer uğrunda (3-cü oyun)
14:00 “Neftçi” – MOİK
Final (3-cü oyun)
16:00 “Xarı bülbül” – “Murov”

Keçirilmiş oyunların nəticələri
(1-ci oyunlar)
“Xarı bülbül” – “Murov” 1:3 (25:20, 20:25, 19:25, 17:25)
“Neftçi” – MOİK 3:0 (25:19, 25:18, 26:24)

(2-ci oyunlar)
“Murov” – “Xarı bülbül” 3:0 (25:18, 25:18, 25:16)
MOİK – “Neftçi” 1:3 (25:16, 23:25, 17:25, 23:25)

Həmin kateqoriyadan