Voleybol çempionatları azarkeşsiz bərpa edilir

Voleybol çempionatları azarkeşsiz bərpa edilir

Kişi voleybolçular arasında koronavirus səbəbindən dayandırılan yüksək liqanın oyunları davam etdiriləcək. Allsport.az xəbər verir ki, federasiyanın qərarına əsasən, təxirə salınan matçlar martın 13-dən etibarən keçiriləcək.

Lakin əvvəlki turlardan fərqli olaraq, qarşılaşmalar azarkeşsiz təşkil olunacaq.

Qadın voleybolçular arasında super liqa martın 27-də bərpa olunacaq.

Yüksək liqa, kişilər
13 mart
15:00. MOİK – “Neftçi”

Dərnəgül Voleybol Mərkəzi

17:00. “Murov” – “Sərhədçi”
Dərnəgül Voleybol Mərkəzi

17 mart
15:00. “Neftçi” – “Xilasedici”
Dərnəgül Voleybol Mərkəzi

17:00. “Murov” – “Exspress”
Dərnəgül Voleybol Mərkəzi

18 mart
16:00. “Azərreyl” – “Sərhədçi”
Dərnəgül Voleybol Mərkəzi

27 mart
14:00. “Murov” – “Xilasedici”
Dərnəgül Voleybol Mərkəzi

16:00. “Neftçi” – “Sərhədçi”
Dərnəgül Voleybol Mərkəzi

Koronavirus xəstəliyinə yoluxma hallarının artmasının qarşısının alınması səbəbindən martın 4-10-da keçirilməli olan bütün matçlar təxirə salınmışdı.

Həmin kateqoriyadan