Voleybol hakimləri bir araya gəlib

Azərbaycan voleybol federasiyasında yeni mövsümə təyinat alacaq hakimlərin toplantısı keçirilib.

Allsport.az saytı xəbər verir ki, iclasda AVF-in ölkə yarışları üzrə koordinatoru Oqtay Musayev, beynəlxalq dərəcəli hakimlərimiz Eldar ZülfüqarovZaur Hacıyev ilk olaraq iştirakçıları salamlayıb və onlara qarşıdakı yarışlarda uğurlar arzu ediblər.

Beynəlxalq dərəcəli hakimlərimiz toplantı iştirakçılarına yeni qaydalar haqqında məlumat verib və iclasda iştirak edən hakimləri maraqlandıran sualları cavablandırıblar.

Yığıncaqda 25-ə yaxın hakim iştirak edib.

Həmin kateqoriyadan