Voleybol millilərimizin oyunlarının vaxtı

Voleybol millilərimizin oyunlarının vaxtı

Qızıl Avropa liqasında mübarizə aparan Azərbaycanın voleybol üzrə yığma komandaları sabah növbəti oyunlarına çıxacaqlar.

Allsport.az xəbər verir ki, həm qadınların, həm də kişilərin yarışında 2-ci tur 24-26 may tarixlərində baş tutacaq.

Hər iki millimiz ikinci turun oyunlarını səfərdə keçirəcək. Qadınlardan ibarət yığmamız Rumıniyada, kişi voleybolçularımız isə Belçikada meydançaya çıxacaqlar.

Faiq Qarayevin yetirmələri mayın 24-də yerli vaxtla saat 17:00-da ev sahibi ilə üz-üzə gələcəklər. Millimiz növbəti oyununa isə mayın 25-də çıxacaq. Yerli vaxtla saat 17:00-da start götürəcək bu görüşdə rəqibimiz İsveç kollektivi olacaq.

Kişi millimiz ikinci tur çərçivəsində mayın 24-də Belçika yığması ilə üz-üzə gələcək. Növbəti gün isə komandamızın rəqibi Şimali Makedoniya millisi olacaq. Hər iki oyun yerli vaxtla saat 17:30-da başlayacaq.

Qadınlar

II tur (Rumıniya)

24 may

17:00 Azərbaycan – Rumıniya

25 may

17:00 İsveç- Azərbaycan

Kişilər

II tur (Belçika)

24 may

17:30 Azərbaycan – Belçika

25 may

17:30 Şimali Makedoniya – Azərbaycan

Həmin kateqoriyadan