- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 53
- May 11, 2026
- 0

Voleybol üzrə AÇ-2021-in seçmə mərhələsində kişilərdən ibarət millimizin rəqibləri müəyyənləşib. Allsport.az xəbər verir ki, final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq millimiz “F” qrupunda qərarlaşıb.
Komandamızın rəqibləri Yunanıstan, Monteneqro və Gürcüstan seçmələri olacaq.
Seçmə mərhələnin oyunları bu il avqust-sentyabr aylarında keçiriləcək. Qrupun qalibləri və 5 ən yaxşı 2-ci yerin sahibi final mərhələsinə adlayacaq.