Voleybol referilərimiz müxtəlif seminarlarda

Milli olimpiya komitəsi, Avropa voleybol konfederasiyası və Azərbaycan voleybol federasiyasının birgə təşkilatçılığı ilə uzun müddətdir məşqçilər üçün seminarlar keçirilir. Allsport.az saytı xəbər verir ki, pandemiya ilə əlaqədar insanların bir yerdə toplanması və xarici ölkələrdən ekspertlərin gəlməsində problemlər ortaya çıxdığından, bu cür layihələrin formatı bir qədər dəyişdirilib.

AVK cari ildə məşqçilərə seminarlar təşkil edib. “Məktəb layihəsi” çərçivəsində təşkil olunan seminarda bizdən Nina Neçay, Səbinə Yarməmmədova, Yelena Məmmədova iştirak edirlər. Artıq layihənin 2-ci mərhələsi sona çatıb. Bundan sonra iştirakçılara sertifikatlar veriləcək.

Bu il daha bir onlayn seminar MOK-un təşkilatçılığı ilə keçirilir. Layihədə 5 yerli federasiyadan (atletika, qılıncoynatma, velosiped, voleybol və basketbol) ümumilikdə 15 nəfər məşqçi və atlet MJP-nin eksperti tərəfindən xüsusi applikasiya vasitəsinin köməkliyi ilə onlayn formada hazırlığını həyata keçirir. AVF-dən Nihad Tarverdiyev, Xanlar Həbiboğlu, Mixail Salavyov qatılıblar.

Sonda tam şəkildə seminarda iştirak edən məşqçi və idmançılara beynəlxalq dərəcəli sertifikatlar təqdim olunacaq. Layihənin yüksək səviyyədə həyata keçirilməsi və Azərbaycanda rəqəmsal sistem üzərindən hazırlığın uğurlu olması bu kimi işlərin gələcək illərdə də davamlı şərait yaradacaq.

Həmin kateqoriyadan