- Baxış sayı: 48
- 13 Avqust 2026 20:08
- Baxış sayı: 564
- Avqust 12, 2026
- 0

20-23 iyunda AVF paytaxtda voleybol statistləri üçün seminar keçirəcək. Allsport.az saytı xəbər verir ki, 4 gün davam edəcək seminar GİN-nin voleybol mərkəzində təşkil olunacaq. Təlimlər Ruslan Motorin və Emin Əbilov tərəfindən keçiriləcək.
İştirakçıların voleybol haqqında ətraflı məlumata və kompüter biliklərinə sahib olması, həmçinin ingilis dilini bilməsi vacibdir.
Seminarın son günü iştirakçılar imtahan verəcək, imtahandan keçən şəxlərə isə AVF-nin voleybol statistləri üçün Level-1 sertifikatı təqdim olunacaq.